Kuleba Kemeronla Ukraynaya hərbi yardımı müzakirə etdi

img

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Kiyevdə britaniyalı həmkarı Devid Kemeron ilə görüşüb.

 

Rezonans.az xəbər verir ki, xarici siyasət idarələrinin rəhbərləri Ukraynaya silah və sursat, o cümlədən hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsi məsələsini müzakirə ediblər. Tərəflər, həmçinin Rusiyanın dondurulan aktivlərinin Ukraynanın maraqları üçün istifadəsi imkanları barədə fikir mübadiləsi aparıblar.

 

Bundan öncə Ukraynaya davamlı dəstək vəd edən Böyük Britaniya diplomatiyasının rəhbəri yeni hərbi yardım paketinə idarə olunan bombaların, hava hücumundan müdafiə sistemləri üçün raketlərin və PUA-lardan müdafiə vasitələrinin daxil olduğunu bildirib.

 

Qeyd edək ki, London növbəti 10 il ərzində milli müdafiə sənayesinə 10 milyard funt-sterlinq (12,5 milyard dollar) sərmayə yatıraraq sursat istehsalını iki dəfə artırmağı öhdəsinə götürüb.

Xəbəri paylaş: