Türkiyə ordusu 32 terrorçunu məhv etdi

img

Türkiyə ordusu İraqın şimalında əməliyyat keçirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki. İraqın şimalındakı Haftanin, Qara, Hakurk və Pəncə-Kilit əməliyyatı bölgələrində aşkarlanan 32 PKK terrorçusu zərərsizləşdirilib.


"Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər qətiyyətlə mübarizəyə davam edəcəyik", - açıqlamada deyilir.

Xəbəri paylaş: