45 yaşlı kişi öldürüldü

img

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Rezonans.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyn oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Xəbəri paylaş: