"Əvvəlki fəaliyyət proqramlarında insan hüquqlarının gücləndirilməsi istiqamətində addımlar atılıb. Yeni qanunların qəbulu və icrası həqiqi dəyişiklərə səbəb ola bilir".
Rezonans.az xəbər verir ki, bunu Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Azərbaycanla bağlı Fəaliyyət Planının təqdimat mərasimində deyib.
"Yeni qanunların icra edilməsi bizim üçün vacibdir. 70 gənc liderə şərait yaradılmışdı ki, xaricdə məhkəmə prosesi ilə tanış olsun. 500 jurnalist Avropa Şurası tərəfindən gender bərabərliyi və digər sahədə təlim keçib. Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə texniki sənəd hazırlanıb və qəbulu gözlənilir. Birlikdə daha çox nailiyyətlər əldə edəcəyimizə inanırıq", - baş katib vurğulayıb.
Qeyd edək ki, bu gün Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün Bakıda qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını taqdim edib.










