Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Suriya xarici işlər naziri Əsəd əş-Şibani telefonla Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər.
Rezonans.az "Sputnik"ə istinadən xəbər verir ki, Suriya xarici işlər naziri avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar nəticəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması münasibətilə erməni həmkarını təbrik edib.
XİN rəhbərləri sülhün ardıcıl şəkildə möhkəmləndirilməsi üçün atılan addımlar barədə fikir mübadiləsi aparıblar.









