İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə və yaraqlılarına zərbələr endirib.
Rezonans.az xəbər verir ki, ölkənin cənubunda hücuma məruz qalan hədəflər arasında Hizbullah yaraqlılarının fəaliyyət göstərdiyi bir bina, Bekaa bölgəsindəki Hizbullah hərbi obyektləri də dağıdılıb.
"Hizbullah terror təşkilatı əməliyyatçılarının hücuma məruz qalan infrastrukturda fəaliyyəti İsrail və Livan arasındakı razılaşmaları pozur", - deyə İsrail ordusunun bəyanatında qeyd edilib.










