İstanbulda Bayrampaşa Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 13 şübhəlidən səkkizi həbs olunub.
Rezonans.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun istintaqı çərçivəsində şübhəlilər “mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “rüşvət vermə və alma”, eləcə də “tenderə fırıldaq qatışdırma” maddələri üzrə araşdırılır.
Polisdə prosedurları başa çatan şübhəlilər tibbi müayinədən sonra İstanbul Ədliyyəsinə göndəriliblər. Məhkəmənin qərarı ilə vəzifəsindən kənarlaşdırılmış Bayrampaşa Bələdiyyə sədri Həsən Mutlunun qardaşı Ayhan Mutlu və Ahmet Tufan da daxil olmaqla səkkiz nəfər həbs edilib.
Beş şübhəli barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.









