ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıqovu onunla görüş zamanı "əfsanə" adlandırıb.
Rezonans.az xəbər verir ki, Kremldəki görüşün görüntüləri VGTRK jurnalisti Pavel Zarubin tərəfindən "Telegram" kanalında yayımlanıb.
"Ah, sən əfsanəsən! İndi səsini tanıya bilirəm. Bu, yer üzündəki ən yaxşı səsdir", - deyə Uitkoff bildirib.
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, sahibkar Cared Kuşner və Ağ Evin baş müşaviri və ABŞ Baş Xidmətlər Administrasiyasının Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaumla danışıqları 22 yanvardan 23 yanvara keçən gecə baş tutub və təxminən dörd saat davam edib.










