MDB XİN başçılarının iclası bu şəhərdə olacaq

img

MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti görüşünün mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi planlaşdırılır.

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

“Nazirlər görüşdə digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər”,- məlumatda deyilir.

 

Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclasları ənənəvi olaraq ildə iki dəfə keçirilir. Payız iclası isə oktyabrın 13-də Nur-Sultanda təşkil olunacaq.

Xəbəri paylaş: