Mədəniyyət

Ağstafa Regional Mədəniyyət İdarəsində məzunlarla görüş keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən uşaq musiqi məktəblərinin cari ildə bitirmiş və ölkənin müxtəlif ali və orta-ixtisas təhsili müəssisələrinə musiqi ixtisasları üzrə qəbul olmuş məzunları ilə görüş keçirilib.

 

Rezonans.az xəbər verir ki, görüşdə İdarənin rəisi Elbəy Əli məzunları təbrik etmiş, tələbəlik həyatında onlara müvəffəqiyyətlər diləmiş, mədəniyyətimizin təbliği və tərənnümü yolunda uğurlar arzulamışdır. Natiq çıxışında bunun bir estafet yarışı olmasından, bayağı musiqilərlə mübarizə istiqamətində peşəkar və savadlı musiqiçilərin məsuliyyətindən söz açmış, onların da öz növbələrində bu məsələlərə həssas yanaşmasının vacibliyini vurğulamışdır. Qədim və köklü ənənələrə malik, zəngin milli musiqimizin qorunub gələcək nəsillərə ötürülməsinin labüdlüyündən bəhs etmiş,  ölkəmizdə mədəniyyətə, incəsənətə dövlətin dəstək və qayğısından geniş danışmışdır.

Həmçinin, görüşdə Uşaq Musiqi Məktəblərinin direktorları çıxış edərək, tələbə adı qazanmış məzunları təbrik etmiş, onlarla qürur duyduqlarını dilə gətirmişlər.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button