Evində 124 ilanla yaşayan kişi ilan sancmasından ÖLDÜ

img

ABŞ-ın Merilend ştatının 49 yaşlı sakini ilan sancmasından həyatını itirib. 

Rezonans.az xəbər verir ki, evində 124 ilan bəsləyən kişini yaxınları huşsuz vəziyyətdə  tapıblar. Devid Riston xəstəxanaya çatdırılsa da,  həkimlər onun ilan dişləməsindən zəhərlənərək öldüyü bildiriblər. 

Məlumata görə,  Devidin evində çıngırdayan ilanlar, kobralar və 4,5 metr uzunluğunda birma pitonu var.   Ristonun bu ilanlardan biri tərəfindən dişləndiyi güman edilir.

Xəbəri paylaş: