Gəncədə OLAY: Məktəbli qız sinif yoldaşını bıçaqladı

img

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Rezonans.az xəbər verir ki, hadisə 8 nömrəli şəhər tam orta məktəbində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü 9-cu sinif şagirdi həmcinsi olan sinif yoldaşına bıçaqla xəsarət yetirib. 15 yaşlı qızın sinif yoldaşına boyun və kürək nahiyəsindən 2 zərbə vurduğu bildirilir.

Polis əməkdaşları dərhal hadisə yerinə gedərək araşdırmalara başlayıblar. Hazırda araşdırma aparılır. 

Qeyd edək ki, xəsarət alan məktəblinin vəziyyəti orta ağırdır.

Xəbəri paylaş: