Bakıda daxili iməcilik keçiriləcək

img

Yaz mövsümü ilə əlaqədar şənbə günü, aprel ayının 2-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməciliyin keçirilməsi qərara alınıb.

Rezonans.az xəbər verir ki, daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

Xəbəri paylaş: