Almaniya Federativ Respublikasının 40 diplomatı Rusiyadan çıxarılır.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
“Almaniyanın Rusiyadakı diplomatik qurumlarının 40 əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı nota Almaniya səfirinə təqdim edilib”, - Rusiya XİN-in məlumatında bildirilib.










