ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

img

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə davam edir və çox güman ki, bu istiqamətdə əlavə tədbirlər görəcək.

 

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

 

Onun sözlərinə görə, Amerikanın məhdudlaşdırıcı tədbirlərindən qorunacaq insanlar yoxdur:

 

“Biz artıq Prezident Putinə, eləcə də onun qızlarına, ən yaxın adamlarına qarşı sanksiyalar tətbiq etmişik. Əlavə icmal aparmağa davam edəcəyik. Yəqin ki, başqa bir şey edəcəyik”.

Xəbəri paylaş: