ABŞ Ukarinada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə etməyi düşünür.
Rezonans.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken ABŞ Senatında keçirilən dinləmələrdə respublikaçı senator Lindsi Qrehemin sualını cavablandırarkən məlumat verib.
"Biz bunu nəzərdən keçiririk", - deyə o bildirib.
Blinken qeyd edib ki, hüquqşünaslar artıq bu mövzunu öyrənirlər.
“Mən şübhə etmirəm, senator, ruslar Ukraynada terror edir”, - deyə dövlət katibi əlavə edib.










