
44 günlük Vətən Müharibəsində qazandığımız qələbə sevinci artıq bu gün də davam edir.
Şanlı ordumuzun qətiyyətli addımları sayəsində 30 ildən artıq müddətdə doğma yurd yuvamızda kök salmış əli silahlı quldurlar, terrorçu dəstələri alaq otları kimi təmizlərnir. Fərrux kəndi və ətrafındakı yüksəkliklərdə həyata keçirilən uğurlu əməliyyatlar da şanlı qələbələrimizdən biridir. İşğaldan azad edilən bütün yaşayış məntəqələrində olduğu kimi Fərrux kəndində də törədilən talan, qarət, soyqırım faktları ölkə ictimaiyyətinə açıqlandı, çəkiliş qruplarının yaydığı o dəhşətli görüntülər beynəlxalq səviyyədə işıqlandırıldı. Fərrux kəndində diqqət çəkən əsas məqamlardan biri də Xocalı soyqırımı zamanı əsir götürülən günahsız soydaşlarımızın elə Fərrux kəndi ətrafında qətlə yetirilib basdırıldığı faktıdır. Xocalı soyqırımında iştirak etmiş əli qanlı erməni terrorçusunun yazdığı bir yazıda bu gün ermənilərin Fərrux kəndində və ətrafında törətdikləri dəhşətli cinayətlərə diqqətləri bir daha yönəldir.
"Xocalı faciəsinin şahidi olan və sonradan Beyruta köçən erməni jurnalist Daud Xeyriyan “For the sake of cross” (yəni xaç naminə, xaça xatir, xaç üçün) kitabının 62-63-cü səhifələrində yazır:
“Gaflan adlı və ölüləri yandırmaq üçün nəzərdə tutulan erməni dəstəsi 2 mart tarixində Xocalının 1 km qərbindəki bir əraziyə 100 azərbaycanlı meyiti yığdı. Sonuncu yük maşınında 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralanmışdı. Üzü gömgöy idi. Soyuğa, aclığa və yaralarına baxmayaraq, hələ də canlı idi. Çox çətinliklə nəfəs alırdı. Gözlərini ölüm qorxusu sarmışdı. Bu zaman Tiqranyan adlı bir əsgər onu götürüb digər meyitlərin üstünə atdı. Sonra bütün meyitləri yandırdılar. Mən sanki yanmaqda olan meyitlər arasında qışqırıq eşitdim. Heç nə edə bilməzdim. Mən Şuşaya qayıtdım. Onlar xaç üçün savaşmağa davam etdilər”...
Sənan Qacar