Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də sayılı günlər sonra Azərbaycan ərazilərini tərk edəcək

img

Silahlı Qüvvələrimizinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə seriyasını uğurla davam etdirir. 200 illik Qarabağ problemi tamamilə həll olunub, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunub. Lakin bəzi uzdəniraq qüvvələr Qələbəmizi hələ də həzm edə bilmir.  


Vətən Müharibəsi başlayanda bunu “boş söhbətdi, Azərbaycan müharibəni yarımçıq dayandıracaq”, Vətən Müharibəsi başa çatanda ”Ermənistan Kəlbəcər, Laçın və Ağdamı sülh yolu ilə geri qaytara biməyəcək”, “Qarabağda işimiz yarımçıq qaldı, Xankəndi, Xocalı, Ağdarə, Xocavənd və Əsgəranda rus və ermənilər at oynadır, hakimiyyət  Qarabağı erməni işğalından qurtardı və ruslara təhvil verdi”, “Prezident Əliyev ruslara verdiyi Xocalı və Xankəndinin adını dilinə gətirmir”, “Rusiya kontingenti Azərbaycana daimi olaraq yerləşdirilib” kimi açıqlamalar verərək ictimaiyyəti həqiqətə zidd açıqlamaları ilə hakimiyyətə qarşı yönəldirdilər, hər imkanda əldə etdiyimiz Qələbənin əhəmiyyətini azaltmağa çalışırdılar.


Hazırda Qarabağ və Zəngəzurda baş verən proseslər göstərir ki, Silahlı Qüvvələrimizinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin yüksək hərbi-siyasi iradəsi nəticəsində Azərbaycan bütün hədəflərinə nail olub. Səslənən bütün neqativ fikirlər isə erməni ordusu kimi darmağın olub.  Azərbaycan və Rusiya prezidentləri tərəfindən əldə olunan razılaşmaya əsasən Qarabağda müvəqətti olaraq yerləşdirilən sülhməramlı qüvvələr artıq Azərbaycan ərazilərini tərk edirlər.  


Maraqlısı odur ki, daim qələbəmizə kölgə salan və erməni ağzı ilə danışan məxluqlar üzr istəmək və ya söz verdikləri kimim bəzi orqənlarını kəsmək əvəzinə düşdükləri biabır vəziyyətlərini ört basdır etməyə çalışırlar. Düşmən dili ilə danışanlar öz çirkin məqsədlərini davam etdirmək  üçün yeni və daha absurd bir mövzu tapıblar: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi (TRBMM) niyə Azərbaycanda qalmaqda davam edir?


Bu məsələyə aydınlıq gətirmək üçün ilk növbədə bu Mərkəzin təyinatına baxmaq lazımdır. Ağdam rayonu ərazisində yerləşən mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın maddələrinin və əldə olunan razılaşmaların icrasına nəzarət etməkdən ibarətdir. Basqa sözlə desək atəşkəs rejiminə nəzarəti Rusiya sülhməramlı kontingenti, bu konrtingentə  nəzarəti isə TRBMM həyata keçirir. Rusiya sülhməramlı qüvvələrininin fəaliyyətinə nəzarət edən Mərkəzin, sülhməramlı kontingentdən əvvəl Azərbaycan ərazilərini tərk etməsi isə saglam məntiqə ziddir. Çünki,Mərkəz həm də Azərbaycan Respublikasının Prezidenti ilə Rusiya Federasiyasının Prezidenti arasında rus kontingentin Qarabağdan çıxarılması haqqında əldə olunan razılaşmanın qrafikə uygun şəkildə yerinə yetirilməsinə nəzarət etmək vəzifələrini də yerinə yetirir.


Amma bu o demək deyil ki, TRBMM Azərbaycan ərazilərində uzun müddət qalacaq. Rusiya sülhməramlı kontingent sentyabrın sonuna qədər Azərbaycan ərazilərini tərk edəcək, bəlkə də bu proses daha erkən başa çatacaq. Yəqin ki, bu prosesə paralel olaraq TRBMM də Azərbaycan ərazilərini tərk edəcək.


Buna görə də qalib xalqımız tam əmin olmalıdır ki, Azərbaycan ərazisində mövcud olan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də sayılı günlər sonra Azərbaycan ərazilərini tərk edəcək.


Vətəndaş olaraq isə bizim üzərimizə düşən əsas vəzifə müzəffər Ali Baş Komandanımızın, dövlətimizin, qəhrəman Əsgərimizin yanında olmaq, gələcək qələbələrimiz üçün onlara dəstək verməkdən ibarətdir. Bu dəstək bizi yeni qələbələrə, yeni nailiyyətlərə aparacaq.


 Ədalət Verdiyev, hərbi ekspert

Xəbəri paylaş: