Qızı Lauraya dəstək verən zombi ata - Həbib Zərbəliyev

img

Xislətində cəmiyyətə, insanlara qarşı nifrət, kin hissləri olan “ziyalı” haqqında mənfi fikir yazanda daxilən çox narahat oluruq desək, yəqin ki, insanlar bizi anlayar. Ziyalı cəmiyyətin güzgüsü, ali təbəqəsi, ehtiram, hörmət simvoludur. Onun insanlara münasibəti, cəmiyyətdə davranış qaydası digərlərinə nümunədir. Amma bunu dırnaqarası ziyalı kimi tanınan, aliməbənzər Həbib Zərbəliyev haqqında demək mümkün deyil. Böhtan, şər, yalan və daha ağlasığmaz mənfi xüsusiyyətləri özündə cəmləşdirən bu “ziyalı” bəlkə də özü əməllərinə baxıb xəcalət çəkir, nə faydası ki, xislətindən dönə bilmir.

Boş, nağılabənzər cümlələrilə sosial şəbəkələrdə gündəmə gəlmək, özünə və “zuy” tutanlarına haqq qazandırmağa çalışan, özü kimi qara qəlbli, xain, paxıl düşüncəliləri cəmiyyətə “elm fədailəri”, “təəssübkeşləri” kimi göstərməyə çalışan həbibilər, zərbəlilər və s. “fikir” yürüdənlərlə onların öz dilində danışarkən evdə arvadlarının yanında kişiləşməkdən başqa çarələri qalmır. Nə əxlaq, nə də milli dəyər anlayan bu kimi xislətlər kişiliyi “viaqra” və “jenşen”dən istifadə etməkdə görürlər.

Dünya reytinqi sistemində dünyanın tanınmış, ən qabaqcıl olaraq seçilmiş 1559 ali təhsil müəssisəsi arasından Azərbaycanda fəaliyyət göstərən universitetlərdən “Müasir dillər” üzrə Azərbaycan Dillər Universiteti 301-340-cı yerləri, Azərbaycan Dövlət İqtisad Universiteti isə “İqtisadiyyat və ekonometrika” üzrə 351-400, “ictimai elmlər və menecment” üzrə isə 501-550-ci yerləri tutması xəbərini Həbib Zərbəliyevin öz feysbuk səhifələrində aşağılamaq niyyətindən bəlli olur ki, bu “professorun” məqsədi ona dəstək verənlərlə birgə Azərbaycan təhsilinə, elminə kölgə salmaq fikri daşıyır.  ADU bu il müasir dillər üzrə Kanadanın Kvebek Universiteti (Universite du Quebec), ABŞ-ın Vanderbilt Universiteti, İtaliyanın Trento Universiteti, Birləşmiş Krallığın Surrey Universiteti və İsveçrənin Basel Universiteti ilə eyni yerləri – yəni 301-340-cı yerləri bölüşür. Bu uğur deyilmi Həbib Zərbəliyev? Heç də ADU-nun rektoru, hörmətli alimimiz Kamal Abdullayevə, yaxud da Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevaya yazdıqların deyil, bu cəfənglərin arxasında daha başqa niyyətlərin dayanır. Bəlkə özün də yazdıqlarını təkrar oxuyanda anlamırsan. Ancaq xəcalətindən (əgər çəkirsənsə!-red.) redaktə etməyə də utanırsan ki, “vay dədə, bu nədir yazmışam, silsəm Hakimiyyet.info.az saytının rəhbəri Füzuli İsmayılov birdən ilkin variantın şəklini çəkib məni biabır edəcək” fikirləri səni təlatümə salır.


Ölkənin hər hansı bir uğuruna sevinə bilməyən zatıqırıqlar “zad” kimi niyyətlərindən gizlənməyə çalışsalar da, başını kol dibinə salıb arxasından xəbərsiz olanlara bənzəyirlər. Əməl bəlli, niyyət bəlli. Qalır bunların ifşası və cəzalandırılması. Bu da inşəallah biz KİV nümayəndələrinin ictimaiyyətlə birgə mübarizəsi sayəsində həyata keçəcək. Yaşadığımız ölkənin uğuruna sevinə bilməyən zadlar bizdən deyil.

Beynəlxalq reytinq cədvəlində ADU-nun adını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəsmi səhifəsində və digər rəsmi saytlarda görəndə biz də sevindik. Bəs bu xəbərə görə ADU barəsində yalanlar, böhtanlar yazan Həbib Zərbəliyev necə, sevindimi? Əsla yox! Onun (yaxud da onun kimilərin-red) xain, paxıl xisləti belə uğurlara sevinə bilməz. Belələrinin sevinci olmur, dostu olmur. Hətta ailə sevgisi, dəyəri olmur. Çünki belələri bir alət kimi cəmiyyətə bədbin ruhda baxırlar. Filmlərdə gördüyümüz “zombi”lər kimi.

Uzun müddət ADU-nun rektoruna və kollektivə qarşı kin, nifrət bəsləyən, İslam dünyasının müqəddəs kitabı olan Qurani-Kərimə də xain baxışı, Quran haqqında yalan və uydurmaları yaymağa çalışan “İndoneziyaşünas” Həbib Zərbəliyev özü hansı dinə, imana qulluq edir? Bəs özünə hörmət qoymayan bu atanın qızı Laura Zərbəliyevanın işlədiyi kollektiv haqqında yazdığı sərsəm fikirlər onun ailə dəyərlərinə də “zombi” münasibəti deyilmi? Qızı Lauranı bugünədək “gözün üstə qaşın var” -deməyib ADU-da İndoneziya Mərkəzinin rəhbəri kimi saxlayan rektora təşəkkür əvəzinə təhqir və böhtanlar yazan atanın xisləti nədir görəsən? Elmə, təhsilə hörmət, yoxsa himayədarlarının göstərişi? Lauranın elmi rəhbəri kimi onun Azərbaycan və İndoneziya dilçilik nəzəriyyəsi sahəsində müdafiəsinə qalxan zombi ata görəsən bunun elm aləminə zidd olduğunu, heç bir etik çərçivəyəsığmadığını fikirləşirmi? Laura üçün bu nə qədər obyektiv, elmi kəşfdir bilmirəm, ancaq mən bunu elmə təhqir və müdafiə sahəsində saxtakarlıq kimi qəbul edirəm. Bax indi sənin kimliyin, məqsədlərin, şəxsi ambisiyaların aşkarlanır Həbib Zərbəliyev! Görüşənədək!


Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru

Xəbəri paylaş: