Sadır Japarovun Azərbaycana səfəri başa çatdı

img

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.

Rezonans.az xəbər verir ki, hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sadır Japarovu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Xəbəri paylaş: