İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

img

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

“Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” - dövlət rəsmisi qeyd edib.

Qeyd edək ki, sabah Prezident İlham Əliyev və Almaniya kansleri Olaf Şoltz arasında görüş keçiriləcək.

Xəbəri paylaş: