Türkiyədə yol çökdü - Maşınlar xəndəyə düşdülər

img

Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yol çöküb.

Rezonans.az xəbər verir ki, bununla bağlı “NTV” məlumat yayıb.

Belə ki, Fulya Mahallesi Yeşilçimen küçəsində naməlum səbəbdən yolda çökmə baş verib. Bu vaxt park edilmiş avtomobil və mikroavtobus çuxura düşüb.

Qruplar hadisə yerinə cəlb olunan kranla maşınları oradan çıxarmağı bacarıblar.

Polis xəndəyin ətrafına xəbərdarlıq lövhələri qoyub və təhlükəsizlik zolağı qurub.

Xəbəri paylaş: