Hərbi Prokurorluqda kollegiya iclası keçirildi

img

Hərbi Prokurorluqda kollegiya iclası keçirilib.

Respublika Hərbi Prokurorluğundan Rezonans.az-a verilən məlumata görə, iclas 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunub.

Hərbi prokuror Xanlar Vəliyev kollegiya iclasının həsr olunduğu cinayətlərin istintaq və məhkəmə təcrübəsinin ildə iki dəfə ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə birlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edib.

O, qarşılıqlı səmərəli fəaliyyətə görə adları çəkilən qurumların rəhbərlərinə təşəkkürünü bildirib.

Ədliyyə general-leytenantı xüsusi vurğulayıb ki, bütün bunların nəticəsində 2023-cü ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.

Xəbəri paylaş: