Ombudsmanın Qərb və Cənub regional mərkəzləri tərəfindən silsilə hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Qərb və Cənub regional mərkəzləri tərəfindən “Uşaqlara qarşı ayrı-seçkilik və zorakılıq yolverilməzdir”, “İnsan hüquqlarının qorunmasında Müvəkkilin çoxşaxəli fəaliyyəti”, “Uşaq hüquqlarının qorunmasında Ombudsmanın rolu”, “Uşaq hüquqları və sağlam gənclik” və “Bərabərlik hüququ və əlilliyə görə ayrı-seçkiliyin qarşısının alınması” mövzularında silsilə hüquqi maarifləndirmə tədbirləri təşkil olunub.


Rezonans.az xəbər verir ki, tədbirlərdə Ombudsmanın uşaqların, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması sahələrində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verilib, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklərdən bəhs edilib.


Tədbirlərdə, həmçinin mövzular üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: