Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

img

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

 

Milli Hidrometeorologiya Xidmətindən Rezonans.az-a verilən xəbərə görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astarada yağış, Şahdağda sulu qar yağıb.


Şərurda saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.


Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Xəbəri paylaş: