QDİƏT PM-in komitəsinin iclası keçirilib

img

Aprelin 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 58-ci iclası keçirilib.

Rezonans.az xəbər verir ki videokonfransda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev və digər üzv ölkələrin parlamentariləri iştirak ediblər.

QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyevin moderatorluğu ilə keçən iclasda təşkilatın cari işləri və qarşıdakı tədbirləri barədə məlumat verilib, komitənin 57-cı iclasının protokolu təsdiqlənib, növbəti 59-ci iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Xəbəri paylaş: