20 Noyabr – Ağdam Şəhəri Günüdür və bu gün şəhərin azad edilməsinin ildönümü kimi qeyd olunur

img

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi hücumuna qarşı başlanan əks-hücum əməliyyatında Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümayiş etdirdilər. Onların misilsiz şücaəti və xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Bu Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi isə bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bugünkü Ağdam – həm tarixi yaddaşın bərpası, həm də gələcəyə yönəlmiş canlı şəhərdir. İnsanlar öz ata-baba yurdlarına qayıdır, gənclər burada yaşamaq, yaratmaq və gələcəyi qurmaq arzusunda fəaliyyət göstərirlər. Salınan məktəblər, mədəniyyət evləri, idman kompleksləri, sənaye parkları həm iqtisadi, həm sosial, həm də mənəvi həyatın canlanmasına xidmət edir. Ağdam – Azərbaycan tarixinin həm ağrılı, həm də ən şərəfli səhifələrindən biridir. Bir zamanlar dağıdılmış, yerlə-yeksan edilmiş bu şəhər bu gün azadlığın, milli iradənin, yenidən doğuluşun simvoluna çevrilib. Ağdamda bu gün həyat yenidən cücərir, sanki torpaq azadlığın nəfəsini duyur, insan nəfəsi ilə birləşir. Bu şəhərin hər daşında həm kədər, həm də qürur yazılıb. Bu, Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz birliyinin təcəssümüdür. Ağdam bu gün Qarabağın dirilən qəlbidir. Əlli min insanın yaşadığı, mədəniyyətin və sənətin beşiyi olan bir şəhər bir zamanlar dağıntılara çevrilmişdi. Bu gün Ağdamda həyatın bərpası təkcə tikintilərlə deyil, həm də ruhun dirçəlişi ilə ölçülür. İnsanlar bu torpaqlara qayıdır, gənclər burada yaşamaq, yaratmaq, gələcəyi qurmaq arzusu ilə yaşayır. Ağdamda salınan yeni məktəblər, mədəniyyət evləri, idman kompleksləri və sənaye parkları təkcə iqtisadi deyil, həm də sosial və mənəvi həyatın canlanmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin “Biz Ağdamı elə quracağıq ki, hər bir vətəndaş burada yaşamaqla fəxr etsin” sözləri bu gün gerçəkləşir. 2020-ci ilin 20 noyabrı tarixin dönüş nöqtəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ağdamı döyüşsüz azad etdi. Bu, həm hərbi, həm siyasi, həm də mənəvi zəfər idi. 27 illik nisgilin yerini 27 illik qürur aldı. Azad olunduqdan sonra Ağdam sürətli yenidənqurma və quruculuq işlərinin mərkəzinə çevrildi. Prezident İlham Əliyevin 2022-ci ildə təsdiq etdiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı bu torpağın gələcəyini müəyyənləşdirən strateji yol xəritəsidir. Artıq şəhərdə beş məhəllə konsepsiyası üzrə tikinti işləri aparılır, yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. 2025-ci ilin oktyabrına qədər 825 ailənin – 3318 nəfərin doğma torpağına qayıdışı həyata keçirilib. Ağdam bu gün Böyük Qayıdış proqramının simvol şəhəri kimi dirçəlir.

Emin Feyzizadə   

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: