Dövlət Proqramının uğurla icra olunacağı təqdirdə, Bakı və Abşeron yarımadası su təchizatı və kanalizasiya sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq.

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədə  Bakı şəhəri və Abşeron yarımadasında mövcud su infrastrukturunun vəziyyəti, qarşıda duran problemlər və uzunmüddətli həll yolları ətraflı müzakirə olunub. Müşavirədə 2026–2035-ci illəri əhatə edəcək Dövlət Proqramının əsas məqsədləri açıqlanıb. Proqram çərçivəsində su təchizatı sistemlərinin yenilənməsi, itkilərin minimuma endirilməsi, yağış və tullantı sularının ayrılıqda idarə olunması, eləcə də təmizləyici qurğuların gücləndirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev qeyd edib ki, bu proqramın icrası paytaxtın infrastruktur dayanıqlığını artıracaq, daşqın və subasma risklərini azaldacaq, əhalinin həyat keyfiyyətinə müsbət təsir göstərəcək. Ölkəmizin su ehtiyatları əsasən Araz və Kür çayı, onların qolları suya olan tələbatın əhəmiyyətli hissəsini ödəyir. Azərbaycanda su ehtiyatlarının davamlı idarə olunması üçün müxtəlif layihələr hazırlanır. Bunlara sudan səmərəli istifadə, suvarma texnikasının modernləşdirilməsi, suyun təmizlənməsi və s. kimi tədbirlər daxildir. Bundan əlavə, beynəlxalq əməkdaşlıq və su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı digər ölkələrlə aparılan danışıqlar da mühüm yer tutur.

Dövlət Proqramının uğurla icra olunacağı  təqdirdə, Bakı və Abşeron yarımadası su təchizatı və kanalizasiya sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyasının növbəti real nəticəsi olacaq. Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Gözlənilən nəticə və nəticə indikatorlarına əsasən, məişət və kanalizasiya xidmətləri ilə əhatə olunan əhali sayının artması, məhəllədaxili və binadaxili su şəbəkələrinin 80 faizdən çoxunun yenilənməsi, sayğac əsaslı su uçotu sistemlərinin tətbiqi ilə su istehlakının effektiv idarə olunması nəzərdə tutulur.

Su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi proqramın digər mühüm istiqamətidir. Bakı və Abşeron yarımadasında yeni yaşayış massivlərinin, çoxmərtəbəli binaların, sənaye və xidmət obyektlərinin sürətli artımı mövcud şəbəkələrin yüklənməsini artırır və bir sıra ərazilərdə ümumiyyətlə mərkəzləşdirilmiş şəbəkəyə qoşulma imkanı məhdud qalır. Dövlət Proqramı yeni su və kanalizasiya xətlərinin çəkilməsini, mövcud şəbəkələrin ötürücülük qabiliyyətinin artırılmasını, əvvəllər sistemdən kənar qalmış məhəllə və yaşayış zonalarının mərkəzləşdirilmiş şəbəkəyə qoşulmasını hədəfləyir. Bunun nəticəsində, qeyri-rəsmi və təhlükəli su mənbələrindən asılılıq azalacaq, sanitar-gigiyenik şərait yaxşılaşacaq və əhalinin sosial rifahına müsbət təsir göstərəcək.

 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: