Şəmkirdə avtomobil kanala aşdı - Ölən var

img

Şəmkirdə idarəetməni itirən sürücü avtomobili kanala aşırıb.

DİN-in mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini Vüqar İsmayılov qəfildən sükana nəzarəti itirərək “Chery” markalı avtomobili kanala aşırıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: