Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Çin Prezidenti Si Cinpin arasında görüş keçirilməsi planlaşdırılır.
Rezonans.az xəbər verir ki, bu barədə Belarusun Çindəki səfiri Yuri Senko ONT telekanalının efirində bildirib.
O qeyd edib ki, görüş 2022-ci ilin sentyabrına planlaşdırılıb.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində baş tutacaq.










