Narışkin: “I Pyotr indiki Ukraynanı bilsəydi, məzarında tərs dönərdi”

img

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin deyib ki, Rusiya İmperatoru I Pyotr Ukraynanın son üç onillikdə nə vəziyyətə düşdüyünü bilsəydi, indi məzarında tərs dönərdi.

Rezonans.az Ria Novosti-yə istinadən xəbər verir ki, Sergey Narışkin I Pyotr ən möhtəşəm hərbi qələbələrdən birini Poltava döyüşündə qazandığını vurğulayıb:

“Düşünürəm ki, o, şanlı kazaklar nəslinin son üç onillikdə bu torpaqları nəyə gətirdiyini öyrənsəydi məzarında tərsinə dönərdi".

Narışkin bu fikirləri bazar ertəsi Moskvada “I Pyotr və onun dövrü” tarixi-sənədli sərgisinin açılışında deyib.

Xəbəri paylaş: