"Bu gün Qarabağda biz varıq" - Soylu

img

Türkiyə Ukraynaya, İraqa və Livana kömək edir. Bu gün Azərbaycan-Qarabağda biz də varıq. Artıq keçmiş Türkiyə deyilik. Biz necə cənub-şərqə sabitlik gətirmişiksə, Suriya və İraqı da Amerika və Avropanın əlindən xilas edib, oraya sülh gətirəcəyik.

Rezonans.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

"Biz Avropa və Qərb kimi etməyəcəyik. Uşaqların saçını, dərisini "qara" deyə ayırmayacağıq. Bu gün biz bütün dünyaya köməklik göstəririk. Banqladeşə, Afrikaya qədər yardım edirik. Biz yox, millətimiz kömək edir. Biz millətimizin, dövlətimizin, ölkəmizin yardımına görə qürur duyuruq. Onların bu gün bizim üstümüzə gəlməsinin bir səbəbi var, bizi bir-birimizdən, qardaşlığımızdan, dəyərlərimizdən ayıra bilmirlər", - o bildirib

Xəbəri paylaş: