Cəmiyyət

Xuraman Yusif: “Azərbaycanın El anası”

Azərbaycanın zəngin təbiəti qadına analıq səadəti bəxş edəndə bir böyüklük də ərməğan etmişdir. Onun sevgisi sonsuz, təmənnasız, mərhəməti  güclü, məsuliyyət hissi yetərincədir. Azərbaycan Xanımına bu duyğular böyük səxavətlə verilib, ona ən ali  hisslərdən daha çox pay düşüb. 

Hörmətli  Mehriban Xanım!

 Bütün bu ali duyğuları Sizin, timsalınızda görürük. Siz əməli uca, niyyəti saf, El Anası, yardıma möhtac insanların ümidi, çətinliyə düşənlərin pənah ünvanı, kimsəsizlərin həmdəmi, ana hənirindən məhrum körpələrin mənəvi anasısınız. Dünyadakı yeri və rolu ilə bənzərsiz şəxsiyyətlərdənsiniz. 

Azərbaycan xalqı xoşbəxt xalqdır. Onun bir xoşbəxtliyi də ondadır ki, Möhtərəm Cənab Prezident İlham Əliyevin Sizin kimi bir omür-gün yoldaşı, dostu və silahdaşı, Azərbaycan xalqının belə xeyirxahı, qayğıkeşi, anaların və körpələrin belə həmdəmi, himayədarı var. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri. Bu adların hər birinin arxasında böyük məsuliyyət, zəhmət və səriştə tələb edən vəzifələr dayanır. Onların hər birini layiqincə yerinə yetirmək üçün səbr, düşüncə, bilik və təcrübə tələb olunur. Ən başlıcası isə saf ürək, möhkəm iradə və böyüklük lazımdır. Keçdiyiniz zəngin və mənalı ömür yolu Sizə bütün bu ali keyfiyyətləri bəxş etmişdir. Siz, Azərbaycanın birinci Xanımı, bu ali vəzifələri sadəcə daşımırsız. Onlara ana qəlbinin sevgisi, məhəbbəti, mərhəməti, təmkini ilə yanaşırsınız. 

 Başladığınız hər yeni layihəyə, keçirdiyiniz hər bir tədbirə məsuliyyət və tələbkarlıqla yanaşmanızın nəticəsidir ki, onların hər biri uğurlu alınır. Yüksək insani keyfiyyət, insanlara qarşı sevgi və mərhəmət hissi və missiyası Sizə daşıdığınız bütün vəzifələrdən daha əziz və daha doğmadır. 

Bu gün Mehriban Xanım, Sizin çoxsahəli fəaliyyətiniz  Azərbaycan qadınının həm fədakar ana, həm də fəal ictimai xadim olduğunuzu sübut edir. Sizin ictimai fəaliyyətiniz ölkəmizdə genişmiqyaslı proseslərin reallaşmasına rəvac verib. 2004-cü ildə Heydər Əliyev Fondunun fəaliyyətə başlaması ilə insanlara mərhəmət, şəfqət bəxş edən Birinci Xanım kimi, Siz o cümlədən Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılmasını təmin etdiniz. Sizin sayənizdə fond yardıma ehtiyac duyan hər kəsin ümid yerinə çevrildi. 

Hörmətli Mehriban Xanım, Sizin çoxşaxəli fəaliyyətinizdə də milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Sizin təşəbbüsünüz  ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir. Azərbaycan xalqının ta qədim zamanlardan bəri işlətdiiyi El Anası ifadəsi Mehriban xanım, Sizin timsalınızda özünü tapmışdır. Tomris, Burla Xatun kimi tarixin köklərindən qaynayıb gələn Azərbaycan qadınının obrazı Sizin şəxsinizdə daha da mükəmməl olmuş, yeni tarixi dönəmdə daha da zənginləşmişdir. Dərdliyə həmdəm olan, kimsəsizi sinəsinə çəkən, ehtiyacı olanın çətinliyini duymağı bacaran, bütün insanlara qayğı göstərən geniş ürəkli Mehriban xanım, Siz sözün əsl mənasında El Anasısınız.  Sizin kimsəsiz, valideyin himayəsindən məhrum, xəstə uşaqları müntəzəm olaraq ziyarət etmənizin, necə məhəbbətlə oxşadığınızın, necə istəklə bağrınıza basdığınızın dəfələrlə şahidi olmuşuq. Siz şəhid analarının həmdərdi, ailələrinin qəm ortağı, ümid və pənah yerisizin. Qətiyyətlə demək olar ki, Siz bütün Azərbaycan xalqının dayağısınız. 

 Hörmətli Mehriban xanım !  Siz sözün əsl mənasında Azərbaycan qadınının ləyaqət simvolusunuz. Sizin içtimai və siyasi  fəaliyyətiniz başqa ölkələrdə yaşayan qadınlar üçün də əsl örnəkdir. Sizin bu dünyaya, insanlığa göstərdiyiniz xidmətlər zamanın fövqündədir. Qadın müdrikliyinin, fədakarlığının parlaq nümunəsidir. Sizin  humanitar layihələriniz sərhəd tanımır, xeyriyyəçilik tədbirləriniz müxtəlif ölkələri, qitələri əhatə edir. Milli amallar naminə göstərdiyiniz gərgin səylər, Azərbaycanın dünyada təbliği işində həyata keçirdiyiniz layihələr, təşkil etdiyiniz konfranslar, görüşlər Sizi qısa müddətdə dünyada ən işgüzar qadın, müasir Azərbaycan qadınının ideal obrazının yaradıcısı kimi tanıtmışdır. Sizin ölkəmizdə və beynəlxalq səviyyədə aldığınız orden və medalları, fəxri adları sadalamaqla bitməz. Sizin ən böyük mükafatınız isə Azərbaycan xalqının Sizə olan tükənməz sevgisi, inamı, etibarı, milyonlarla könüldə ucalan xalq məhəbbətidir. Sizin həyat yolunuz hər bir Azərbaycan qadınına örnəkdir.

 Ad gününüz  münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, çətin və şərəfli işlərinizdə uğurlar diləyir, ən xoş  arzularımı bildirirəm. Doğum gününüz mübarək, Azərbaycan Anası.

Xuraman Yusif

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button