Səbinə Əliyeva Elmira Süleymanovanın vəfatı ilə bağlı ailəsinə başsağlığı verib

img

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının sabiq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), dövlət və ictimai xadim, kimya elmləri doktoru, professor Elmira Süleymanova vəfat edib.


Rezonans.az-ın məlumatına görə bu barədə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva va Aparatın kollektivi Elmira Süleymanovanın vəfatından kədərləndiklərini bildirərək,  mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.


Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.


Allah rəhmət eləsin!

Xəbəri paylaş: