Cəmiyyət

Mingəçevirdə “ZƏKA-S” Təlim-Tədris Mərkəzi fəaliyyətə başladı

Böyüyən nəsil dərin bilik və dünyagörüşə, yüksək milli və bəşəri dəyərlərə, mənəvi keyfiyyətlərə malik olmaqla bərabər, özünün arzusuna, qabiliyyət və bacarığına, həmçinin cəmiyyətin kadrlara olan cari və perspektiv tələbatlarına müvafiq olaraq peşə və ixtisas seçməyə hazırlanmalıdır.

Müasir dövrdə həyat gerçəklikləri bir daha göstərdi ki, hər bir kəsin bir və ya bir neçə peşəyə malik olması istər iqtisadi baxımdan güzəranını təmin etmək və istərsə də cəmiyyətimizdə böyük dəyərə, sayğıya və ehtirama nail olmaq imkanıdır. Indi gənclərimiz və onların həyatdakı uğuruna ən çox sevinən valideynləri daha düzgün istiqamət və praqmatik düşüncəyə malikdirlər. Əvvəlki düşüncələrdən fərqli olaraq onlar başa düşürlər ki, həyatda hər kəsin ali təhsil diplomu alması mümkün və bəlkə də zəruri deyil. Təcrübə göstərir ki, yanlış seçim nəticəsində əldə olunan ali təhsil diplomuna malik olan bir çoxlarından hər hansı peşəni mükəmməl öyrənib cəmiyyətə təqdim etdiyi xidmətlə yaxşı maddi imkana və yükək sayğı və ehtirama malik olanlar daha çox qazanmış olurlar. Öz peşəsinin mahir sənətkarı olması şəxsə daha çox nüfuz, daha yaxşı imkanlar qazandıra bilir.

Məhz belə bir imkanı yaratmağı qarşıya məqsəd qoyan “ZƏKA-S” Təlim-Tədris Mərkəzi bunun üçün hər cür imkana və şəraitə malikdir.
Təlim-Tədris Mərkəzində Abituriyen haırlıq kursları və seçiminizi edə biləcəyiniz müxtəlif peşə kursları fəaliyyət göstərir.
“ZƏKA-S” Təlim-Tədris Mərkəzi zəngin maddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialına malikdir. Maddi-texniki bazada uzun illər ali və orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı aparılıb. Maddi-texniki bazaya müasir tələblərə cavab verən tədris binaları ilə yanaşı, Otel, Estetik mərkəz, Körpələr evi-uşaq baxçası, və digər yüksək səviyyəli istehsalat və xidmət sahələri də daxildir. Burada tədrisin nəzəri formaları ilə yanaşı praktik, yeni təlim metodları ilə çatdırılması üçün zəruri imkanlar var. Mərkəzin təsisçisi ali və orta ixtisas təhsili müəssisələrinə rəhbərlik sahəsində böyük təcrübəyə malik olan professor Əyyub Əyyubovdur.
Mərkəzdə tədris etdikləri fənnlər üzrə tanınmış, yüksək savada, zəngin biliyə və təcrübəyə malik olan müəllimlər qarşıya qoyulan məqsədə ən böyük təminatdır.
Əminliklə deyə bilərik ki, “ZƏKA-S” Təlim-Tədris Mərkəzində çeşidli peşə hazırlığı kurslarını seçmənizlə siz qarşıya qoyduğunuz məqsədlərə çata biləcəksiniz!

Ünvan: Mingəçevir şəhəri, Samux küçəsi-7

Tel. +99455 552 59 78 : +99450 315 53 03 WhatsApp: 050 315 53 03
E-mail; [email protected]  

 

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button