
Azərbaycan Respublikasında fərdin hüququ, şəxsi toxunulmazlığı əhəmiyyət kəsb edir və bu hüquqlara müdaxilə yolverilməzdir. İnsanın özü barədə gizli hesab etdiyi hər şey başqaları üçün sirdir və onun icazəsi olmadan yayımlamaq olmaz.
Məni bu mövzuda yazmağa son zamanlar Azərbaycan Tele Məkanında şou xarekterli verlişlərdə insanların şəxsi həyat sirri hesab edilən məlumatların qanunların ciddi formada pozulması ilə yayımlanması , həmin şəxsin ləyaqətinin ayaqlar altına atılması ətrafında baş verən hadisələr səbəb oldu. Bir ailə oturub bu cür verlişlərə bir yerdə baxması ailədə olan ailə bağlarının qırılmasına səbəb olur. İki nəfərin arasında olan şəxsi həyat sirrini təşkil edən məlumatlar iyrəncliklə , ifrat dərəcədə teleməkanda yayımlanır. İnsanın əmək, xidməti və ictimai fəaliyyətindən kənarda olan hər şey onun şəxsi həyatına aiddir. Bu halda insanın şəxsi həyatı hüquqazidd xarakter daşımadıqda dövlət və cəmiyyət ona müdaxilə etmək hüququna malik deyildir. Müvafiq olaraq, şəxsi həyatın toxunulmazlığına Azərbaycan Respublikasının Konstitusiyası zəmanət verir. Əsas qanun şəxsi və ailə sirrinin mühafizəsinə də təminat verir. Heç kəs başqasının şəxsi həyatı haqqında məlumat toplamaq, saxlamaq, yaymaq hüququna malik deyildir. Bu barədə dəfələrlə yazılıb.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, “Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması” cinayət məsuliyyətinə səbəb olur maddənin sanksiyasında göstərilən tələblərə uyğun olaraq cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən, “Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma” cinayət məsuliyyətinə səbəb olur . Şəxsin razılığı olmadan ona məxsus hər hansı bir səs, yaxud video yazısının yaymaq olmaz. Amma bu gün bunu əksini görürəm.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Belə bir yazılar olsa belə onun yayımlanması yol verilməzdir. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna DÖVLƏT təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. DÖVLƏT tərəfindən verilən təminatın pozulması isə dövlətimizin qanunlarına hörmətsizlikdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
1. Şəxsi toxunulmazlıq hüququ yerli və beynəlxalq hüquq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu ehtiva edir:1..Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyası təminat veriri. Ana yasamız təminat verir , amma Ana yasamızn bu tələbi pozulur. Nə üçün , reklam üçünmü?
2. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyası qadğan edir , amma bu qadağa pozulur. Ana Yasamızın tələbi nümayəşkarənə tərzdə pozulur.
3. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyası açıq aydın şəkildə özündə qadağanı göstərir.
4. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyası bir mənalı şəkildə qeyd edir ki , DÖVLƏT təminat verir.
5. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
6.Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
7.Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
8. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Həmçinin beynəlxalq qaunvericilikdə də şəxsi toxunulmazlıq hüququna dair bir sıra müddəalar yer alır.
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu ehtiva edir:
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2.Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etməküçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət
hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.
Şəxsi toxunulmazlıq hüququ dedikdə şəxsin aşağıda qeyd edilən hüquqları aşağıda qeyd edilən hüquqlardır.
1.şəxsi və ailə həyatına hörmət hüququdur.
2. şəxsin evinə (mənzilinə) hörmət hüququ;
3. foto, video, yazışma, telefon danışıqları, səs yazısı, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların, həmçinin dövlət orqanları tərəfindən əldə edilə bilən fərdi məlumatların təhlükəsiz saxlanılması hüququ;
4. şəxsin nüfuzuna və cəmiyyətdəki əlaqələrinə hörmət hüququ;
5. şəxsi həyata müdaxilə hesab oluna biləcək digər hüquqlar.
6.. Şəxsi toxunulmazlıq hüququ pozulan şəxs hüquqlarını müdafiə üçün nə etməlidir?
Şəxsi həyatına müdaxilə olunan, hüquqları pozulan şəxs hüquqlarının pozulması və müdafiəsini tələb edə bilər. Bu halda səlahiyyətli hüquq mühafizə orqanı cinayətin törədildiyi yer üzrə olan müvafiq rayon (şəhər) prokurorluğudur. Şəxsi həyat hüququnun pozulması ilə əlaqədar cinayət mühakimə icraatı ictimai-xüsusi ittihama aiddir. Bu o mənaya gəlir ki, əgər zərər çəkən şəxs prokurorluq orqanına müraciət etməsə,onun hüququnun pozulması ilə əlaqədar icraat başlaya bilməz. Ona görə də bu hallarda prokurorluğa şikayət vermək tövsiyə edilir. Azərbaycan Respublikası Konstitusiyanın 60 və 61-ci maddələri şəxsin keyfiyyətli hüquqi yardım almaq və hüquqlarının bərpası ilə bağlı inzibati və məhkəmə təminatını ehtiva edir. Qeyd edək ki, şəxsi toxunulmazlıq hüququ pozulan şəxs yerli məhkəmə instansiyalarının hər birini tükəndirərək Avropa İnsan Hüquqları Konvensiyasına müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətini göndərmək hüququna malikdir.Azərbaycan Respublikası Konstitusiyanın 60 və 61-ci maddələri şəxsin keyfiyyətli hüquqi yardım almaq və hüquqlarının bərpası ilə bağlı inzibati və məhkəmə təminatını ehtiva edir.
Qeyd edək ki, şəxsi toxunulmazlıq hüququ pozulan şəxs yerli məhkəmə instansiyalarının hər birini tükəndirərək Avropa İnsan Hüquqları Konvensiyasına müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətini göndərmək hüququna malikdir.
Şəxsi həyata müdaxilə edən şəxsi və ya şəxsləri aşağıda qeyd edilən cəzalar gözləyir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir.
Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər: 1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 2 məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə –
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şəxsi həyat hüququ insanın şəxsi həyatını azad və hər hansı müdaxilədən azad yaşamaq hüququdur. Şəxsi həyata müdaxilə hüquqi əsasa söykənmədiyi təqdirdə qanunsuzdur. İnsan sosial varlıqdır və ictimai həyatda hüquqları vardır. İctimai həyatda fikir, ifadə, din və vicdan azadlıqları da bu çərçivədədir. Şəxsi həyat hüququna verilən əhəmiyyət fundamental insan hüququdur və milli və beynəlxalq arenada qanunlar və konvensiyalarla təmin edilir.. Şəxslər barəsində onun şəxsi həyat sirrini təşkil edən məlumatları yaymaq OLMAZ.
Rövşən Qasımov
Hüquqşunas