Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndidə - YENİLƏNİB

img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olub.

 

Rezonans.az “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.

 

Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.

 

“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, - deyə məlumatda qeyd edilib.

 

***

Bu gün Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yol ayrıcında böyük tıxacın yaranması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu məsələ Azərbaycan dövlət qurumlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərimizdə faydalı qazıntıların istismarı ilə bağlı apardığı monitorinqlə əlaqədardır.

 

Məlumata görə, monitorinqdə hərbçilər iştirak etməyib. Belə ki, prosesin əsas səbəbi ekoloji fəsadların araşdırılması ilə bağlıdır.

 

Qeyd edək ki, bu gün saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

 

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

Xəbəri paylaş: