Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 


Rezonans.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Zaqatala rayonunda  görüşü təşkil olunacaq. 


Aksiya Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabr ayının 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Xəbəri paylaş: