Bakıda maşın piyadanı VURDU

img

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Rezonans.az xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində baş verən qəza zamanı bir nəfər xəsarət alıb.

 

Belə ki, 1964-cü il təvəllüdlü Kazımov Seyfulla Fazil oğlu yolu keçərkən onu minik avtomobili vurub.

 

Yaralı aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

 

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Xəbəri paylaş: