Göyçayda 65 yaşlı kişini maşın vurdu

img

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.

 

Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: