Finlandiyanın müdafiə naziri Türkiyəyə GƏLİR

img

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen Türkiyəyə səfər edəcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Səfər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə dekabrın 7-8-də baş tutacaq. 

 

Müdafiə nazirləri Finlandiyanın NATO-ya üzvlük prosesini, ümumi təhlükəsizlik məsələlərini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Xəbəri paylaş: