Cef Bezos və İlon Mask Azərbaycana gələ bilər

img

"Amazon" şirkəltinin qurucusu Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Mask 2-6 oktyabr 2023-cü ildə Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilər.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

 

Onun sözlərinə görə, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından olan ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq iştirak edəcək.

Xəbəri paylaş: