Azad Vətən Partiyası İdarə Heyətinin bugünkü keçirilən yığıncağında Azərbaycan və Rusiyaq xarici işlər nazirlərinin Moskva görüşünün nəticələri, İran İslam Respublikasının rəhbərliyi tərəfindən regionda aparılan siyasət, partiyadaxili siyasət və iş planı, habelə yeni üzvlərin qəbulu məsələsinə baxılıb.
Rezonans.az-ın məlumatına görə çıxışlarda qeyd edilib ki, Azərbaycan öz ərazisinin bütün regionları ilə yanaşı Xankəndi şəhərində də ekoloji vəziyyətin qiymətləndirilməsini həyata keçirməklə Qarabağ probleminin bitdiyini, bu regionun Azərbaycan ərazisi olduğunu bir daha sübut edib. İran barədə bildirilib ki, o taylı bu taylı azərbaycanlılar arasında qarşılıqlı ittihamlara yol vermək olmaz.
Bu cür hallar xarici düşmənlərin əli ilə baş verir və məkrli siyasətə xidmət edir.
İclasda qərara alınıb ki, dekabrın 24-də partiyanın Siyasi Şurasının toplantısı keçirilsin.











