Sosial şəbəkələr vasitəsilə DİN-ə daxil olan müraciətlərin sayı AÇIQLANDI

img

Noyabr ayının 1-dən 31-dək DİN-in sosial şəbəkələrdəki səhifələrinin mesaj bölməsinə 1467 müraciət daxil olub.

 

Rezonans.az xəbər verir ki, onlardan 386-sı (61-i təşəkkür məktubu) qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi üçün DİN-in Katibliyinə təqdim edilib.

 

Cari ilin ötən dövrü ərzində səhifələrin mesaj bölməsinə ümumilikdə 25304 müraciət daxil olub.

 

Onlardan 4895-i (1411-i təşəkkür məktubu) qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi üçün DİN-in Katibliyinə təqdim edilib.

Xəbəri paylaş: