Bu il Azərbaycanda 71 qadın ÖLDÜRÜLÜB

img

“Aparılan monitorinqlərə əsasən, 2022-ci il ərzində 71 qadın qətlə yetirilib”.

 

Rezonans.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

 

Onun sözlərinə görə, mətbuatda gedən qətl xəbərləri ilə bağlı monitorinqlər aparıblar:

 

“Qadınlardan 34-ü həyat yoldaşı, altısı qardaşı, üçü oğlu, dördü atası, üçü keçmiş həyat yoldaşı, beşi sevgilisi, dördü qohumu, biri nişanlısı və 11-i qeyri-müəyyən şəxs və ya şəxslər tərəfindən öldürülüb”.

Xəbəri paylaş: