Bakıda qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadəyə hökm oxunub.
Rezonans.az-ın xəbərinə görə, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.
1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.










