Aİ bu ölkəyə namizəd statusu verəcək

img

Avropa İttifaqı (Aİ) liderləri dekabrın 15-də Brüsseldə keçiriləcək sammitdə Bosniya və Herseqovinaya rəsmi Aİ-yə namizəd statusu verə bilərlər.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Sloveniyanın baş naziri Robert Qolob Tiranada keçirilən Aİ-Qərbi Balkanlar sammitində çıxışı zamanı deyib ki, "siyasi qərarın qəbulu yalnız zaman məsələsidir". 

 

Qolob jurnalistlərə bildirib ki, ölkənin namizədliyinin texniki detalları müzakirə edilir.

 

Rəsmi statusun verilməsi üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının təsdiqi lazımdır.

Xəbəri paylaş: