Özünü güllələyən əsgər xəstəxanada vəfat etdi

img

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) özünü güllələyən hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlu vəfat edib.

 

Rezonans.az APA-ya istinadən xəbər verir ki, əsgər müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Xəbəri paylaş: