Rusiya iki istiqamətdə döyüşləri intensivləşdirib - Müdafiə Nazirliyi

img

Rusiya ordusu Donetsk və Tavrid istiqamətlərində hərbi əməliyyatları intensivləşdirib.

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin operativ məlumatında deyilir.

Qeyd olunub ki, rus hərbçiləri Tu-22M3 strateji bombardmançı təyyarələrdən istifadə etməklə Mariupol şəhərinə raket və bomba zərbələrini davam etdirir. Bununla yanaşı, dəniz limanı və Azovstal zavodu ərazisində hücum əməliyyatları keçirməyə cəhd ediblər.

Xəbəri paylaş: