Bank kartı oğurlayan şəxs tutuldu

img

Füzuli rayon sakininin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Rezonans.az-a verilən xəbərə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Xəbəri paylaş: